Sizin reklam burada
Sizin reklam burada
  • Hicran Fuad Əhmədli - "Şeirimə qaçır"


    Hicran Fuad Əhmədli

    Şeirimə qaçır

    Masmavi dənizlə günəş görüşür,
    O dəli dalğalar quzuya dönür.
    Parlayan şəfəqlə dəniz öpüşür,
    Dalğanın hikkəsi bir anda sönür.

    Buludlar əl çalır bu tamaşaya,
    Apaydın səmalar qucağın açır.
    Doğulan arzular istər yaşaya,
    Sözüm qanadlanır, şeirə qaçır.

    Qələmim aşiqdir bu gözəlliyə,
    Yaranan misralar qol-budaq atır.
    Ömrüm limanında çatır əlliyə,
    Bəlkə də sahildə min istək yatır.

    Ləpələr, sahilə təpik atmayın,
    Yoxsa vərəq-vərəq könlüm inciyər.
    Ruhuma yad ruhu daha qatmayın,
    Yamyaşıl ağacın qəddini əyər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ