"Qadın voleybolçulardan ibarət Tovuzun “Turan” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə Xorvatiyanın “Mladost” komandasını 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb."
Bunu millət vəkili Arzu Nağıyev özünün feysbuk səhifəsində paylaşıb.
Millət vəkili həmçinin paylaşımda qeyd edib ki, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən “Turan” komandasının bütün üzvlərini bu uğurlu nəticə münasibətilə təbrik edir, növbəti mərhələdə uğurlar arzulayıram:
"Təmsilçimiz növbəti mərhələdə Bolqarıstanın “Maritsa” komandası ilə qarşılaşacaq. İnanıram ki, voleybolçularımız qarşıdakı oyunlarda da əzmkarlıq nümayiş etdirərək yeni uğurlara imza atacaqlar..."- Arzu Nağıyev paylaşımda bildirib.
Bəradər
"Atributinfo.az"
