Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq konfransda

    Milli Məclisin deputatı Gülşən Paşayeva noyabrın 2-də  IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında iştirak etmək üçün Belarus Respublikasının Minsk şəhərinə səfər edəcək.

    Konfrans çərçivəsində beynəlxalq və regional təhlükəsizlik, silahlara nəzarət və silahsızlanma, yeni texnologiyaların yaratdığı təhdidlər, iqtisadi inteqrasiya, enerji və ərzaq təhlükəsizliyi, eləcə də qadınların beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində rolu barədə müzakirələr aparılacaq.

    Səfər noyabrın 5-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

     

     

     


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ