Sizin reklam burada
Sizin reklam burada
  • Müşfiq Məmmədli Xızı Peşə Məktəbində tələbə və müəllimlərlə görüşüb


    Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonu Peşə Məktəbində seçiciləri olan tələbə və müəllimlərlə görüş keçirib.

    Görüş zamanı deputat seçicilərin müraciətlərini dinləyib, qaldırılan məsələləri müzakirə edib.

    Müşfiq Məmmədli müraciətlərin araşdırılması, aidiyyəti qurumlara yönləndirilməsi və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı məsələləri diqqətə götürdüyünü bildirib.

    Görüş seçicilərin müraciətlərinin dinlənilməsi, onların qarşılaşdıqları problemlərin öyrənilməsi və müvafiq həll yollarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ