Sizin reklam burada
Sizin reklam burada
  • Ənvər müəllimin ad gününə (ithaf)

    Ənvər müəllimin ad gününə

    (ithaf)


    Bədən tərbiyəsindən, dərs keçirsən gənclərə, 

    Peşəkar müəllim kimi, adın düşsün dillərə.

     Mən, təşəkkür edirəm, bax belə müəllimlərə, 

    Qabaqcıl müəllimlərin, biz sayını öyrənək,

     Ənvər müəllim, əmoğlu, doğum günün mübarək!


    Cavanlığı, gəncliyi, Ənvər müəllim neylədin?

    Altımış iki yaşını, bu gün tamam eylədin. 

    Sən, hər kəsə sözünü, məqamında söylədin,

     O gün olsun yenidən, yubleyinə biz gələk,

     Ənvər müəllim, əmoğlu, doğum günün mübarək!


    Əliheydər öz şeiri ilə, bu gün səni yad edir, 

    Əlyar, Abı, Elimxan, könlümüzü şad edir. Məclisimiz çox gözəl, hələ ki, davam edir, 

    Əsaləddin söz deyir, Adili də eşidək,

     Ənvər müəllim, əmoğlu, doğum günün mübarək!


    Ənvər müəllim, cavanlıq, əgər qayıtsa yenə, 

    Bu gün dostlar çox şeyi, sürpriz eylər sənə. Şagirdlərin qürurla, xidmət edir vətənə, 

    Onlar ilə zərurət, heç vaxt olmasın gərək,

     Ənvər müəllim, əmoğlu, doğum günün mübarək!


    Bilirsən ki, sən mənim, mərd əmimin oğlusan, Can ürək qardaşların, şəkərisən, noğlusan. Altımış iki yaşın var, hələ canı sulusan, 

    Səksən yaşın olsa da, səni bu cür, şux görək, 

    Ənvər müəllim, əmoğlu doğum günün mübarək!


    Dostların sonbeşiyi, unutmadıq səni biz,

     Sənin bu məclisində, açılıb ürəyimiz. 

    Sənə, hədiyyəmiz var, təqdim edək birimiz, Atamoğlan, Mehdi də, səninlədir müştərək, 

    Ənvər müəllim, əmoğlu, doğum günün mübarək!


    Mehdi Heybətli


    01.11.2026-cı il.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ