Sizin reklam burada
Sizin reklam burada
  • Abının ad gününə (ithaf)

    Abının ad gününə

    (ithaf)


    Abının ad günüdür, gəlin təbrik eyləyək, 

    Bütün dostlar yığışsın, yenə də əvvəlki tək. 

    Ona gözəl həyatda, uzun ömür diləyək, 

    Tanrı qismət eyləsin, yüz illiyini keçirək, Əziz qardaş, öpürəm, doğum günün mübarək!


    Təcrübəli, peşəkar işçi kimi ucaldın,

     Arxa oldun dostlara, sən, onlardan güc aldın.

     Altımış üç yaşdasan, demirəm ki, qocaldın, 

    Yüz yaşına toplaşıb, səni təbrik eyləyək, 

    Əziz qardaş, öpürəm, doğum günün mübarək! 


    Əmək veteranı adın, tez bir vaxtda alarsan,

     Çox keçməz ki, əzizim, təqaüdçü olarsan. 

    Ürək dostlarını da, sən yadına salarsan, 

    Arzumdur Elimxanı, biz səninlə cüt görək,

     Əziz qardaş, öpürəm, doğum günün mübarək!


    Rabitəçi - telefonçu, bütün günü xəttəsən,

     Dirəklərə dırmaşıb, iş görürsən, hətta sən. Yetmiş yaşında belə, olasan xidmətdə sən, Ondan sonra dirəyə, çıxmağa yoxdur gərək, Əziz qardaş, öpürəm, doğum günün mübarək!


    Vidyoçəkiliş edirsən, çoxdur izləyən, baxan, 

    Səni sevməyənləri, odur yandırıb - yaxan. 

    Sənə hədiyyəmiz var, təqdim etsin Elimxan, 

    O gün olsun, ay Abı, yüz yaşına biz gələk,

     Əziz qardaş, öpürəm, doğum günün mübarək.

    س

      Mehdi Heybətli


    01.11.2026-cı il.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ