Sabunçu Tibb Mərkəzində YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflərə həsr olunmuş görüş keçirilib.
"Atributinfo.az" xəbər verir ki, görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıda duran vəzifələrin dəqiqləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev səhiyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə danışıb.
Digər çıxış edənlər — Səadət Şamilova, Namiq Nəbiyev, Rəşad Veyisov və Taleh Qurbanov təşkilati fəaliyyətin gücləndirilməsi, partiya üzvlərinin fəallığının artırılması və qurultayın qərar və müddəalarının təbliğinin vacibliyini qeyd ediblər.
Sonda qarşıda duran vəzifələr, ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və üzvlərlə işin səmərəli təşkili məsələləri müzakirə olunub.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.azYAP Sabunçu rayon təşkilatında strateji hədəflər müzakirə olunub

"Atributinfo.az"