Sizin reklam burada
Sizin reklam burada
  • YAP Qax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir


    Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.


    "Atributinfo.az" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının növbəti görüşü “Səhiyyə İşçiləri” ərazi partiya təşkilatında keçirilmişdir. Görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 

    Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev bildirdi ki, müstəqil Azərbaycanın qazandığı danılmaz uğurlar hakim siyasi qüvvə olan YAP-ın fəaliyyəti ilə sıx bağlıdır. Zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı olub və omaqda davam edir. Prezident İlham Əliyevin qurultayda “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir” fikri sadəcə partiyanın say tərkibinə vurğu deyil, partiyamızın fəaliyyətinə, qəbul edilmiş qərarlara verdiyi dəyərdir. Natiq Allahverdiyev həmçinin bidirdi ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin siyasi əhəmiyyəti, həm də qarşıya qoyulan vəzifələrin ölkəmizin inkişaf strategiyası və partiyanın gələcək fəaliyyəti baxımından mühüm istiqamətləri müəyyənləşdirir. Cənab Prezident öz nitqində dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin gücləndirilməsi, ideoloji təhlükəsizliyin təmin edilməsi, partiya üzvlərinin məsuliyyətinin artırılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

    Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının üzvü Qax RMX PHŞ direktoru Tərlan Əhmədzadə, ərazi partiya təşkilatının sədri, həkim stomatoloq Əfqan Babayev, cərrah-həkim Vahid Məhsimov isə öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan xarici siyasətini heç bir dövlətin daxili işlərə qarışmasına imkan verməyəcək şəkildə qurur. YAP-ın VIII Qurultayı həm partiyanın Cənubi Qafqazın aparıcı siyasi qüvvəsi olduğunu bir daha nümayiş etdirmiş, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti onilliklər üçün inkişaf və təhlükəsizlik xəritəsini cızmışdır.


    Bəradər 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ