Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının VIII Qurultaydan sonra ilk iclası keçirilib.
Əvvəlcə iclasda təşkilati məsələlərə baxılaraq komissiyanın üzvlərindən Milli Məclisin deputatları Sevinc Əmirəhməd qızı Hüseynova Təftiş Komissiyasının sədri, Nizami Abdulla oğlu Səfərov isə sədr müavini seçiliblər.
Sonra YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
Komissiyanın sədri Sevinc Hüseynova, sədr müavini Nizami Səfərov, üzvlərdən Həsən Həsənov, Elman Nəsirov, Samir Vəliyev, Naqif Həmzəyev, Məlahət İbrahimqızı, Cavanşir Paşazadə, Vüqar İskəndərov, Aydın Hüseynov, Badam Hüseynova və Səməd Seyidov çıxışlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevaya yüksək etimada görə minnətdarlıqlarını ifadə edərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.
İclasda 2026-cı ilin ikinci yarımilliyi üzrə Yeni Azərbaycan Partiyasının yerli təşkilat aparatlarında Auditorlar Palatasının mütəxəssislərinin iştirakı ilə təftişin aparılmasına dair Təftiş cədvəli və cari məsələlər müzakirə olunub.
Komissiyanın üzvləri müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildirərək, müvafiq qərarlar qəbul ediblər.
