Sizin reklam burada
Sizin reklam burada
  • Sabunçu Tibb Mərkəzində 9 aylıq fəaliyyətin yekunlarına dair hesabat tədbiri keçirilib


    Sabunçu Tibb Mərkəzində 2026-cı ilin ilk doqquz ayı ərzində terapevtik və cərrahi xidmət sahələrində görülmüş işlərin yekunlarına həsr olunan hesabat tədbiri keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev iştirakçıları salamlayaraq hesabat tədbirini açıq elan edib.

    Daha sonra cərrahi işlər üzrə direktor müavini Kamil Hacıyev çıxış edərək son doqquz ay ərzində cərrahi sektorda görülən işlər, tətbiq olunan yeniliklər, xidmətlərin təşkili və əldə olunan nəticələr barədə məlumat verib.

    Terapevtik işlər üzrə direktor müavini Sevinc Həsənzadə isə çıxışında hesabat dövründə terapevtik xidmət sahəsində həyata keçirilən işlər, əldə olunan nəticələr və fəaliyyət istiqamətlərindən bəhs edib.

    Tədbir çərçivəsində terapevtik və cərrahi xidmətlərin mövcud vəziyyəti, fəaliyyətin təkmilləşdirilməsi istiqamətləri və qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.

    Hesabat tədbiri görülmüş işlərin qiymətləndirilməsi,mövcud imkanların təhlili və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyıb.


    Bəradər,

    Zahir.

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ