Sizin reklam burada
Sizin reklam burada
  • YAP Xızı rayonunun ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir

    Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflər və qarşıda duran vəzifələrlə bağlı ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir.


    "Atributinfo.az" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Xızı şəhəri, Turqut Özal küç ( Mədəniyyət) ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə və partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinə həsr olunmuş görüş keçirilib.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və YAP-ın VIII Qurultayında AR-nın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışından seçilmiş hissələri əks etdirən videoçarx nümayiş olunub.

    Ərazi partiya təşkilatının sədri Mönsüm Bağırov tədbiri açaraq iştirakçıları salamlayıb və tədbir  barədə məlumat verib.

    İlk olaraq çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qəbul edilən qərarların əhəmiyyətinə toxunub. O, ölkənin qarşısında duran yeni çağırışlar, müasir dövrün tələblərinə uyğun olaraq partiya fəaliyyətinin təkmilləşdirilməsi və ictimai-siyasi proseslərdə fəal iştirakın vacibliyindən danışıb. Həmçinin partiyanın ideoloji işinin gücləndirilməsi, gənclərlə işin genişləndirilməsi və vətəndaşlarla müntəzəm təmasların qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.

    Daha sonra çıxış edən YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasının, gənc nəslin düzgün ideoloji istiqamətdə formalaşdırılmasının və sağlam dünyagörüşünün təşviq edilməsinin vacibliyindən danışıb. O, xüsusilə gənclərin zərərli ideoloji təsirlərdən qorunmasının, cəmiyyətdə qarşılıqlı hörmət, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, dini dəyərlərdən sui-istifadə hallarının qarşısının alınması, radikal düşüncələrin yayılmasına imkan verilməməsi və maarifləndirmə işinin gücləndirilməsi cəmiyyətin sabitliyi və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

    Görüşdə Partiya Fəalı Fidan Əliyeva və digər partiya üzvləri də çıxış ediblər. Çıxışlarda VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələr, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və vətəndaşlarla işin daha da təkmilləşdirilməsi məsələlərinə toxunulub.

    Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində ərazi partiya təşkilatlarının rolunun artırılmasının əhəmiyyəti vurğulanıb.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ