Sizin reklam burada
Sizin reklam burada
  • Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

    Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub.

    Səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili ilə birlikdə Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasına baş çəkib.

    Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ