Həştərxanda Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir keçiriləcək
Siyasət
Bugün, 19:30
13
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev mayın 6-da Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər edəcək. Komitə sədri burada Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək. Səfər mayın 9-da başa çatacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi