Sizin reklam burada
Sizin reklam burada
  • “Korporativ məsuliyyət kontekstində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi: ombudsman institutlarının rolu” mövzusunda beynəlxalq vebinar keçirilib

    Beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Asiya Ombudsmanlar Assosiasiyası (AOA) ilə birgə 3 Dekabr – Əlilliyi olan Şəxslərin Beynəlxalq Gününə həsr edilmiş “Korporativ məsuliyyət kontekstində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi: Ombudsman institutlarının rolu” mövzusunda beynəlxalq vebinar keçirilib.
    Ombudsman təsisatının müvafiq sahədəki müsbət təcrübəsini AOA üzvləri və digər maraqlı tərəflərlə bölüşmək məqsədilə təşkil olunmuş tədbirdə Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti Ejaz Ahmad Qureşi və Assosiasiyanın vitse-prezidenti Səbinə Əliyeva açılış nitqi ilə çıxış ediblər.
    Müvəkkil çıxışı zamanı əlilliyi olan şəxslərin cəmiyyətin hər bir üzvü kimi hüquq və imkanlardan istifadə etmələrinin vacibliyini diqqətə çatdırıb.
    Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini bildirib.
    Müvəkkil Müstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində cəzaçəkmə müəssisələrində, təhsil, səhiyyə, sosial xidmət müəssisələrində və digər müəssisələrdə monitorinqlərin aparıldığını diqqətə çatdırıb.
    Daha sonra tədbirdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli və Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva “Korporativ məsuliyyətin gücləndirilməsində milli insan hüquqları təsisatlarının artan rolu: Azərbaycan təcrübəsi” və “Əlilliyi olan şəxslər üçün bərabər imkanların təmini: Azərbaycan Ombudsmanının təcrübəsi” mövzularında təqdimatlarla çıxış edib, müvafiq sahələrdə həyata keçirilən tədbirlər və əldə olunmuş müsbət təcrübələr barədə məlumat veriblər.
    Tədbirdə, həmçinin BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvü Lyra Jakulevičienė həmin işçi qrupunun fəaliyyəti barədə məlumat verib.
    Yekunda mövzu üzrə ətraflı fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ