Bu barədə nəqliyyat eksperti Aslan Əsədov məlumat verib.
O bildirib ki, bu gün nəqliyyat vasitələrində proseslərin təkmilləşdirilməsi və axınların dəqiq qeydə alınması ümumilikdə müsbət haldır.
“Bununla belə, sistemdən istifadə zamanı daha çox çətinlik yaşlı insanlar üçün xarakterikdir. Rəqəmsal ödəniş və avtomatlaşdırma sistemləri avtobus və metroda vaxt itkisinin qarşısını alır, sıxlığı azaldır və nəzarəti gücləndirir. İnsanların kartla və ya telefonla sürətli şəkildə ödəniş etməsi növbələrin qısalmasına, marşrutların isə daha dəqiq idarə olunmasına şərait yaradır. Azərbaycanda əsas çətinliklər bəzi avtobuslarda köhnə avadanlıqların qalması, sistemlərin tam inteqrasiya olunmaması və bəzən internet bağlantısının zəifliyidir”, - deyə Aslan Əsədov vurğulayıb.
Ekspertin sözlərinə görə, bu problemlər aradan qaldırıldıqca xidmət daha da sürətli və rahat olacaq.
