Sizin reklam burada
Sizin reklam burada
  • Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

    Münxenin “Bavariya” klubu Bundesliqanın 4-cü turunun açılış matçında öz meydanında paytaxt təmsilçisi “Union Berlin”i qəbul edib.

    Görüşdə “Bavariya” rəqib komandanı darmadağın edib - 7:0. Münxenlilərin heyətində Camal Musialla (18), Harri Keyn (39, 54), Mişel Olise (43, 73, 76), İsmail Saibari (70) vurublar.

    Bununla da “Bavariya” 4 turdan sonra 10 xal toplayıb. Üç turdan sonra maksimum nəticə toplayan iki komanda - “Frayburq” və “Borussiya Dortmund” dördüncü turda səfərdə meydana çıxacaqlar. “Frayburq” Frankfurtda “Ayntraxt”ın, “Borussiya” isə “Ştutqart”ın qonağı olacaq.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ