Sizin reklam burada
Sizin reklam burada
  • "Bu gün Milli Məclisin Aqrar Siyasət komitəsinin iclasında iştirak etdim və gündəlikdə duran məsələlərin müzakirəsi zamanı çıxış etdim."

    "Bu gün Milli Məclisin Aqrar Siyasət komitəsinin iclasında iştirak etdim və gündəlikdə duran məsələlərin müzakirəsi zamanı çıxış etdim."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. O, əlavə edib ki, çıxışımda aqrar sahənin ölkəmizin iqtisadi və sosial inkişafında, xüsusilə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu qeyd etdim. Fermerlərin üzləşdiyi problemlərin vaxtında müəyyənləşdirilməsi və onların həlli üçün daha çevik mexanizmlərin formalaşdırılmasının vacibliyinə diqqət çəkdim.


    Eyni zamanda, kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, suvarma imkanlarının genişləndirilməsi, subsidiya və dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması ilə bağlı fikirlərimi bölüşdüm. Kiçik və orta fermer təsərrüfatlarının inkişafı, yerli kənd təsərrüfatı məhsullarının istehsalının və rəqabət qabiliyyətinin artırılması məsələlərinin də daim diqqətdə saxlanılmasının əhəmiyyətini vurğuladım:


    "Hesab edirəm ki, aqrar sahədə dayanıqlı inkişafın təmin olunması üçün qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, fermerlərin real ehtiyaclarının öyrənilməsi və qəbul olunan qərarların praktik nəticələr verməsi əsas şərtlərdən biridir.


    Aqrar Siyasət komitəsində bu istiqamətdə aparılan müzakirələrin və səsləndirilən təkliflərin gələcək fəaliyyət üçün faydalı olacağına inanıram."- Deputat deyib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ