Sizin reklam burada
Sizin reklam burada
  • Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

    “Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında 100-cü qolunu vurub.

    İngiltərəli futbolçu bu göstəriciyə cəmi 98 oyunda çatıb və turnirin rekordunu müəyyənləşdirib.

    Keyn yubiley qolunu “Union”a qarşı matçın 39-cu dəqiqəsində penaltidən vurub. Əvvəlki rekord Köln klubunun futbolçusu Diter Müllərə məxsus olub – o, 100 qola 129 oyunda çatmışdı.

    “Bavariya” həmin qarşılaşmanın ilk hissəsindən sonra 3:0 hesabı ilə öndə olub.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ