Sizin reklam burada
Sizin reklam burada
  • Antiterror tədbirləri şəhidi Əli Babazadənin anım mərasimi keçirilib

    2023-cü il sentyabr ayında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Babazadə Əli Rüstəm oğlunun anım mərasimi keçirilib.


    "Atributinfo.az" məlumat verir ki, anım tədbirində Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov, aparat əməkdaşları, Astara Rayon İcra Hakimiyyəti aparatının sektor müdiri Nihad Allahverdiyev, Astara rayon Təhsil Sektorunun müdiri Xədicə Əliyeva, Rayon Mərkəzi Xəstəxanasının direktoru Bahadır Əhmədov, YAP fəalları, şəhid ailələri, qazilər, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları şəhid Əli Babazadənin məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad ediblər. Çıxışlarda Əli Babazadənin Vətən qarşısındakı xidmətlərindən, şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın həyat yolunun gənc nəslə nümunə olduğundan bəhs olunub.

    Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla anılır. Onların qəhrəmanlığı gələcək nəsillər üçün Vətənə sədaqət və fədakarlıq nümunəsidir.

    Anım mərasimində şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib, Allahdan bütün şəhidlərimizə rəhmət dilənib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ