Sizin reklam burada
Sizin reklam burada
  • Filarmoniyada “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə axşamı


    Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə axşamı keçirilib.

    Filarmoniyadan bildirilib ki, gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Azər Zeynalov, eləcə də Taleh Yahyayev, Sərxan Bünyadzadə, İsmayıl Zeynalov, Fərid Zeynalov, Nihad Orucov çıxış ediblər.

    Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Musiqi və xeyriyyəçilik məqsədi ətrafında birləşən bu xüsusi axşam iştirakçılara xoş anlar yaşadıb, musiqinin birləşdirici gücü və xeyirxahlığın əhəmiyyəti bir daha nümayiş olunub.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ