Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qax şəhəri Nəriman Nərimanov küçəsində yerləşən 5 mərtəbəli binanın həyətində sakinlərlə görüşüb.
"Atributinfo.az" xəbər verir ki, görüşdə Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Sakinlərlə görüşdə rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən işlərdən, dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişafından danışaraq, uğurlu siyasət nəticəsində ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərdən söz açıb.
Görüşdə eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması və bu xidmətin əlçatan və üstünlükləri barədə vətəndaşlara məlumat verilərək, onlara https://rih.gov.az/ platformasından istifadə etmək tövsiyə olunmuşdur.
Səyyar görüşdə sakinlər tərəfindən binanın həyətində fəaliyyət göstərən mərasim evinə su və qaz xəttinin çəkilməsi, nəqliyyat vasitələrinin məhdudlaşdırılması üçün maneələrin qoyulması, 5 mərtəbəli binanın qarşısındakı N.Nərimanovun büstünün ətrafında abadlaşdırılma işlərinin həyata keçirilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı Elvin Paşayev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bəradər,
Zahir
"Atributinfo.az"
