Bu barədə yerli radio - ICI Bourgogne məlumat yayıb.
Təsərrüfat sahibi ötən həftəsonu bir neçə ölü ördək aşkar etdikdən sonra vəziyyətdən şübhələnib və nümunələr laboratoriyaya göndərilib. Təsərrüfatda quş qripinə yoluxma müəyyən edilib. Fermerin sözlərinə görə, yaxın günlərdə təsərrüfatdakı bütün heyvanlar məcburi şəkildə məhv ediləcək.
Bildirilir ki, bu bölgədə son həftələrdə ardıcıl yoluxma halları qeydə alınıb. Monmənin 30 kilometrliyində yerləşən Genlis kəndində quş qripi aşkarlanmış və təsərrüfatdakı bütün quşlar hamısı məhv edilmişdi.
Regionda ilk yoluxmanın oktyabrın 30-da Thorey-sur-Ouche kəndində qeydə alındığı qeyd edilir. O vaxt 500 quşun saxlandığı təsərrüfatda virus təsdiqlənmişdi.
Kot-d’Or-da ardıcıl aşkarlanan bu hallar quşçuluq təsərrüfatlarında ciddi narahatlıq yaradıb və səlahiyyətlilər virusun yayılmasının qarşısını almaq üçün nəzarət və profilaktik tədbirləri gücləndiriblər. Ölkədə yumurta qıtlığı yaranıb.
