Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

    Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.

    AFFA-dan bildirilib ki, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) - “Real Madrid” (İspaniya) oyununu idarə edəcək.

    Umudluya yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.

    Oktyabrın 14-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ