Əsas mərhələdə qazanacağımız hər xal layiqli nəticə sayılacaq. Bugünkü oyuna ciddi hazırlaşmışıq.
Bu sözləri “Sabah” klubunun idman direktoru İqor Ponomaryov UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Çexiya təmsilçisi “Slaviya Praqa” ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.
Klub rəsmisi futbolçulara inandığını bildirib: “Komandada ab-hava çox yaxşıdır. Düşünürəm ki, uşaqlar bu dəfə daha inamlı çıxış edəcəklər. “Mançester Yunayted”ə qarşı ilk oyunda komanda pis oynamadı. Təəssüf ki, nəticə bir qədər ağır oldu, amma ümumilikdə yaxşı təsir bağışladıq”.
Mütəxəssisin sözlərinə görə, indidən “Sabah”ın liqa mərhələsində neçə xal toplayacağını söyləmək çətindir: “Özünüz də bilirsiniz ki, əsas mərhələdə çox ciddi rəqiblər var. Rəqiblərimizi qruplaşdırsaq, bunu hətta “ölüm qrupu” da adlandırmaq olar. “Mançester Yunayted”, “Arsenal”, “Barselona”, “Borussiya Dortmund”, “Slaviya Praqa”, “Vikinq”, “Napoli” və “Vilyareal” kimi çox ciddi komandalar var. Ümumiyyətlə, liqa mərhələsində asan rəqib yoxdur”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək. “Sabah” ilk turda İngiltərədə “Mançester Yunayted”ə 0:4, “Slaviya” isə evdə Fransanın “Lans” klubuna 2:3 hesabı ilə uduzub.
