Sizin reklam burada
Sizin reklam burada
  • Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

    Fransanın Marsel şəhəri yaxınlığındakı Vitrolle qəsəbəsində onlarla yükdaşıma şirkətinin nümayəndələri dizel yanacağının bahalaşmasına etiraz olaraq yollarda yavaş hərəkət aksiyası keçiriblər.

     BFMTV telekanalının məlumatına görə, aksiya iştirakçıları qiymətlərin təcili azaldılmasını və Nəqliyyat Nazirliyi ilə görüşün təşkilini tələb edirlər.

    Kollektivin nümayəndələrinin sözlərinə görə, əvvəllər 400 litr dizel yanacağının doldurulması 400–500 avroya başa gəlirdisə, hazırda bu məbləğ 900 avroya yüksəlib. Qiymət artımının xüsusilə kiçik və orta müəssisələr üçün ciddi çətinliklər yaratdığı vurğulanıb.

    Aksiya prefektura ilə razılaşdırılıb. Yavaş hərəkət Lançon-de-Provens pullu avtomobil yolu keçidində nəqliyyatın hərəkətini əhəmiyyətli dərəcədə ləngidib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ