Xalqın şair oğlusan, çox sevirsən vətəni,
Bu gün, bütün el-oba, təbrik eyləyir səni.
Qürurla qəbul etdin, bu tədbirə gələni,
O, gün olsun əzizim, yüz yaşını qeyd edək,
Ay Bəradər müəllim, yubeliyiniz mübarək!
Şeirinlə hər zaman, xalqa etdin xidməti,
Xeyirxah əməlinlə, qazanmısan hörməti.
Çox görməsin İlahi, çəkdiyin bu zəhməti,
Sən dəyərli oğulsan, daha sənə nə deyək,
Ay Bəradər müəllim, yubeliyiniz mübarək!
Sən, vətənə bağlısan, Allah səni qorusun,
Uğurların qardaşım, qoy həmişə bol olsun.
Bu yubiley tədbiri, əbədi yadda qalsın,
O, gün olsun yüz illik, yubileyinə biz gələk,
Ay Bəradər müəllim, yubeliyiniz mübarək!
Altımış yaş nədir ki, arzum budur, yüz yaşa,
Bu mənalı ömrünü, uğurla vur sən başa.
Xalqının yanında ol, qələminlə sən qoşa,
Kövrək şeirlərini, oxuyub eyləyək dərk,
Ay Bəradər müəllim, yubeliyiniz mübarək.
MehdinHeybətli
Şamaxı şəhəri.
15.10.2026-cı il.
