Mütəmadi olaraq seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
"Atributinfo.az" xəbər verir ki, görüşdə iştirak edən vətəndaşlar əsasən işlə təminat, sosial şəratin yaxşılaşdırılması, təhsil və s. məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.
Seçicilər daim onların problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkili Naqif Həmzəyevə təşəkkürlərini ifadə ediblər.
Bəradər Səməndərli
"Atributinfo.az"
