Bu gün - 11 oktyabr 2026-cı il tarixində Qax rayonunun Qum kəndində şəhidimiz Ramazanov Fəridin, Turaclı kəndində isə şəhidimiz Abbasov Ramilin əziz xatirəsi ehtiramla yad olunub.
"Atributinfo.az" xəbər verir ki, Ramazanov Fərid Ömər oğlu 23.12.1991-ci ildə Qax rayonunun Qum kəndində anadan olmuşdur. 2009-cu ildə Qum kənd tam orta məktəbini bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində gizir hazırlıq kursunu bitirmiş, N saylı hərbi hissədə xidmətə başlamışdır. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən “Azərbaycan Bayrağı ordeni” , “Vətən uğrunda, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 11.10.2020-ci ildə Qax rayonun Qum kəndində dəfn olunmuşdur.
Abbasov Ramil Sabir oğlu 01.04.1989-cu ildə Qax rayonunun Turaclı kəndində anadan olmuşdur. Turaclı kənd tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2007-ci ildə həqiqi hərbi xidmətə çağırlmış, hərbi xidməti bitirdikdən sonra 2011-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. Vətən müharibəsində Tərtər istiqamətində Suqovuşanın Talış dağ yüksəkliyində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, "İgidliyə görə" və " Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. 11.10.2020-ci ildə Turaclı kəndində dəfn olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin.
Bəradər
"Atributinfo.az"
