Şairin yubileyi onun yaradıcılığına marağın artırılması, sözə və sənətə verilən dəyərin ifadəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Şairlər öz qələmləri ilə insanların duyğularını, düşüncələrini, sevinc və kədərlərini ifadə edir, xalqın mənəvi dünyasını zənginləşdirirlər. 60 illik yubiley insan ömrünün mühüm mərhələlərindən biridir. Bu əlamətdar gün şairin keçdiyi həyat yolunu, yaradıcılıq fəaliyyətini və gələcək nəsillərə ötürdüyü mənəvi dəyərləri xatırlamaq üçün gözəl fürsətdir. Arzu edirik ki, Bəradar Xanəliyevin 60 illik yubileyi sevinc və xoş xatirələrlə yadda qalsın, ona möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və ilham dolu günlər nəsib olsun.
60 illik yubileyiniz mübarək, Bəradər müəllim!
Ülvi Aydın
Şair,
Yardımlı rayonu
