Sizin reklam burada
Sizin reklam burada
  • İtaliyada yaşayan soydaşımız Gənc Avropa səfiri seçilib

    İtaliyanın Genuya şəhərində yaşayan doktorant, beynəlxalq təhlükəsizlik və siyasi araşdırmalar üzrə tədqiqatçı, diaspor fəalı Toğrul Əliyev 2026-2027-ci illər üzrə Gənc Avropa səfiri (YEAs) seçilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “Gənc Avropa səfirləri” təşəbbüsü 2016-cı ildə Avropa İttifaqının (Aİ) “Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı” çərçivəsində həyata keçirilməyə başlanıb. Bu təşəbbüs Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, eləcə də Avropa İttifaqına (Aİ) üzv dövlətlər və Birləşmiş Krallıqdan olan gəncləri bir araya gətirən, onları əlaqələndirən, qeyri-siyasi, könüllülük prinsiplərinə əsaslanan və dinamik şəkildə fəaliyyət göstərən kommunikasiya şəbəkəsidir. Şəbəkə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı barədə məlumatlılığın artırılmasını, müxtəlif mövzularda siyasi dialoqa dəstək verilməsini və daha yaxşı gələcək naminə birgə fəaliyyətin təşviq edilməsini hədəfləyir.

    Qeyd edək ki, Toğrul Əliyev Türkiyə və İtaliyada təhsil alıb. “Erasmus+” proqramı çərçivəsində bir neçə Avropa ölkəsində təcrübə keçib. Diaspor layihələrində fəal iştirak edən soydaşımız Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçısı, Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının üzvüdür.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ