Möhtərəm cənab Prezident!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Sizin çıxışınızı canlı izləməkdən böyük qürur və məmnunluq duydum.
Siz çıxışınızda doğma partiyamızın keçdiyi şərəfli tarixi yola, Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaratmasına, xalqımızın və dövlətimizin taleyində müstəsna roluna, həmçinin Sizin rəhbərliyinizlə partiyamızın əldə etdiyi nailiyyətlərə geniş yer verdiniz. Ulu Öndər Heydər Əliyevin xalqımızı parçalanmaq təhlükəsindən və dövlətçiliyimizin süqutundan xilas edərək ölkəmizdə sabitliyin və inkişafın əsasını qoyması tariximizin mühüm səhifələrindəndir.
Bu gün xalqımız Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması, dövlət suverenliyimizin bərpası və ərazi bütövlüyümüzün təmin edilməsi ilə qürur duyur. Hazırda Qarabağda, Şərqi Zəngəzurda, o cümlədən doğma Kəlbəcərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarına qayıdışı Böyük Qayıdışın uğurla reallaşdırılmasının mühüm göstəricisidir.
Möhtərəm cənab Prezident!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji işin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və dövlətçilik ənənələrimizin yaşadılması ilə bağlı səsləndirdiyiniz fikirlər qarşımızda mühüm vəzifələr müəyyənləşdirir.
Kəlbəcər Rayon Ağsaqqallar Şurası olaraq biz də üzərimizə düşən məsuliyyəti dərindən dərk edir, gənc nəslin milli ruhda və vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsi,
Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirməyi əsas vəzifələrimizdən hesab edirik.
Əmin edirik ki, ağsaqqallarımız bundan sonra da cəmiyyətin ideoloji maarifləndirilməsində, gənclərə milli-mənəvi dəyərlərin aşılanmasında, dövlət müstəqilliyimizin və dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində fəal iştirak edəcəklər. Qurultayda irəli sürdüyünüz proqram xarakterli müddəaların və qarşıya qoyulan vəzifələrin əhali arasında geniş təbliği istiqamətində səylərimizi əsirgəməyəcəyik.
Möhtərəm cənab Prezident!
Sizə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin inkişafı, xalqımızın rifahı naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Uca Allah Sizi və ailənizi qorusun, Azərbaycanımızın tərəqqisi və qüdrətlənməsi naminə gördüyünüz işlərdə yardımçınız olsun!
Dərin hörmət və ehtiramla,
Aqil Məmmədov,
Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, YAP-ın VIII Qurultayının nümayəndəsi,
Azərbaycan Respublikası, Kəlbəcər rayonu.
