Sizin reklam burada
Sizin reklam burada
  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb



    Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması polis tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 12 nəfər isə saxlanılaraq istintaqa üzrə təhvil verilib.

    Eyni zamanda, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

    Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança və 4 tüfəng aşkar edilərək götürülüb.

    Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər də saxlanılıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ