Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili
2 noyabr 2026-cı il tarixində “Gülüstan” sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbirdə iştirak etdim. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xalqımızın birliyinin, ordumuzun qüdrətinin və milli iradəmizin təntənəsidir. Bu Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın qürurunun, ləyaqətinin və tarixi ədalətin bərpasıdır.
Bu şanlı Qələbəni bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
“Cənab Leytenant" mahnısı ilə neçə-neçə nəslin vətənpərvərlik ruhunu yaşadan Şəmistan Əlizamanlının canlı ifası Zəfər Gününə həsr olunmuş tədbirin ən duyğulu anlarından biri oldu. Bir zamanlar bu mahnıları dinləyərək böyüyən Azərbaycan oğulları illər sonra Vətən uğrunda döyüşərək xalqımıza tarixi Zəfəri bəxş etdilər.
Dünən mahnılarda yaşatdığımız qəhrəmanlığı bu gün tariximizə yazdıq!
Şəhidlərimizin ruhu şad olsun!
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!
