Sizin reklam burada
Sizin reklam burada
  • ƏZİZ DOSTUM FƏTTAH FƏTTAYEV, DOĞUM GÜNÜN MÜBARƏK!

    Bu gün orta məktəb illərindən tanıdığım, dostluq və səmimiyyət bağları ilə könlümə yaxın olan dəyərli dostum Fəttah Fəttayevin doğum günüdür.

    İnsan həyatında elə dostlar var ki, illər keçsə də, araya məsafələr, zaman və həyatın müxtəlif qayğıları girsə də, onların yeri və dəyəri heç vaxt dəyişmir. Orta məktəb illərindən başlayan dostluğumuz da mənim üçün belə münasibətlərdəndir. Fəttah bəylə bizi birləşdirən təkcə məktəb illərinin xoş xatirələri, dostluq telləri deyil, həm də maraqlı bir təsadüf – atalarımızın adlarının eyni olmasıdır. Necə deyərlər, atalarımız adaş olublar. Bu da bizim münasibətlərimizə ayrıca bir doğmalıq, səmimiyyət və mənəvi yaxınlıq qatıb.

    Fəttah bəyi yalnız köhnə məktəb dostum kimi deyil, həm də öz peşə fəaliyyətində uğur qazanmış, təhsil sahəsinin inkişafına töhfə vermiş, bu məsuliyyətli və şərəfli sahədə özünəməxsus izi olan bir ziyalı və peşəkar kadr kimi tanıyıram. Təhsil insan yetişdirən, cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm sahələrdən biridir. Bu sahədə çalışmaq, onun inkişafına xidmət etmək, insanların maariflənməsinə və gələcək nəslin yetişməsinə töhfə vermək böyük məsuliyyət və fədakarlıq tələb edir. Fəttah bəyin bu istiqamətdəki fəaliyyəti və qazandığı uğurlar təqdirəlayiqdir.

    Əziz dostum, səni doğum günün münasibətilə ürəkdən təbrik edirəm! Sənə möhkəm can sağlığı, uzun, mənalı və bərəkətli ömür, ailə səadəti, könül rahatlığı və bütün işlərində davamlı uğurlar arzulayıram. Arzu edirəm ki, həyatının bundan sonrakı illəri də gözəl günlər, xoş xəbərlər, yeni nailiyyətlər və sevinc dolu anlarla zəngin olsun.

    Dostluğumuzun təməlini qoyan məktəb illərinin xoş xatirələri daim yaddaşımızda yaşasın. Allah dostluğumuzu, doğmalığımızı var etsin!

    Doğum günün mübarək, əziz dostum Fəttah bəy!


    Mürtəza Bünyadlı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ