Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Qubada şəhid Mehrab Niftəliyevin qardaşının toyunda iştirak edib

    "Şəhid Mehrab Niftəliyevin qardaşı Elgün Niftəliyevin Quba rayonunda keçirilən toy mərasimində iştirak etdim.

    Şəhid ailələrinin xoş günlərinə şərik olmaq bizim üçün böyük şərəf olmaqla yanaşı, həm də mənəvi borcumuzdur. Toy məclisində şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimiz tərəfindən hər zaman xüsusi həssaslıqla həyata keçirilən siyasətin bariz nümunəsi olmasını söylədim."

    Bunu "atributinfo.az"ın əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, əlavə edib ki, ən böyük arzumuz şəhid ailələrinin hər zaman sevinc içində olması, ocaqlarından xoş günlərin, toy-büsatın, xoşbəxtlik və firavanlığın əskik olmamasıdır:


    "Şəhid Mehrab Niftəliyevin valideynlərinə, qardaşına ən xoş arzularımızı çatdırdıq, ailəyə daim sevinc dolu günlər arzuladıq."- Müşfiq Məmmədli deyib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ