Sizin reklam burada
Sizin reklam burada
  • “8 Noyabr - Zəfər Günü” nə həsr olunan məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib

    Rayonda Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun, Qax Rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü” nə həsr olunan Qax rayon ümumtəhsil məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib. 

    İntellektual oyunun keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclər arasında "8 Noyabr – Zəfər Günü" nün tarixi əhəmiyyətinin, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi milli birlik, qəhrəmanlıq və vətənpərvərlik nümunəsinin təbliğ edilməsi, tarixi Zəfərimizin daha dərindən öyrənilməsi, gənclərin bilik və dünyagörüşünün artırılması, məntiqi təfəkkürünün inkişaf etdirilməsidir. 

    Qax Rayon Heydər Əliyev Mərkəzində keçirilən intellektual oyunda 72 nəfər iştirak edib və nəticələrə görə Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin komandası I yerə, Qax şəhər Tofiq İsmayılov adına 5 nömrəli tam orta məktəbin komandası II yerə, Qax rayon Qaxbaş kənd 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

    Oyunun sonunda qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.


    Bəradər,

    Zahir

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ