Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

    Bakıda boks üzrə U-23 Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.

    Boks Federasiyasından bildirilib ki, noyabrın 12-dək davam edəcək toplanışda Azərbaycanla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək.

    Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

    Qeyd edək ki, Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ