![]()
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından bildirilib ki, ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.
Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar. Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaq.
