Parlamentdə Neftçalanın problemləri qaldırıldı: Tənzilə Rüstəmxanlı yol, su və işıqla bağlı təkliflər səsləndirdi
Siyasət
Dün, 17:32
17
Milli Məclisdə 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən millət vəkili Tənzilə Rüstəmxanlı Neftçala rayonunun problemlərindən danışıb.
O, Neftçaladan Yeniqışlaq, Qaravəlli və Mikayıllı kəndlərinin qazlaşdırılması təklifini səsləndirib.
Bundan başqa, Qaçaqkənd və Haqverdili kəndində işıq dirəklərinin bərbad vəziyyətdə olduğunu bildirən deputat rayonun sosial problemlərin mövcudluğunu dilə gətirib.