AMB-dən bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin prioritet istiqamətləri və bu çərçivədə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
