Sizin reklam burada
Sizin reklam burada
  • Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər

    Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüş keçirib.

    Bu barədə Gürcüstan Prezident admnistrasiyasından məlumat verilib.

    Görüş zamanı ikitərəfli münasibətlərin gündəliyi nəzərdən keçirilib. Xüsusi diqqət iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasına yönəldilib.

    Söhbət zamanı iqtisadi əlaqələr, Orta Dəhlizin inkişaf perspektivləri və beynəlxalq formatlarda koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunulub. Bu kontekstdə strateji tərəfdaşlığın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında ikitərəfli münasibətlərin və bağlantının gücləndirilməsi baxımından yaratdığı imkanlar qeyd edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ