Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Gəncə şəhərində fəaliyyət göstərən müəssisə və təşkilatların gənc əməkdaşları mübarizə aparıb.
Tədbirin məqsədi gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təbliği və komanda ruhunun formalaşdırılması olub.
Gəncə şəhəri Baş Polis İdarəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin dəstəyi ilə keçirilən turnirdə 16 komanda iştirak edib. Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin komandası 1-ci, ASAN-1 xidmətinin komandası 2-ci, Azərbaycan Dövlət Aqrar Universitetin komandası isə 3-cü yeri tutub.
Qalib komandalar diplom və medallarla təltif olunublar.
Yarışın baş hakimi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçi-müəllimi Rəsul Məmmədov olub.
