Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun fəaliyyəti və Milli Preventiv Mexanizm mandatı çərçivəsində psixiatriya müəssisələrində insan hüquqlarının vəziyyətinin öyrənilməsi və müvafiq maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu günlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı Psixiatriya Xəstəxanasında və Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında planlı başçəkmələr keçirilib.
Başçəkmələr zamanı müəssisələrin bütün ərazilərinə, o cümlədən yataq və tibbi otaqlara, gəzinti sahələrinə, yeməkxanalara və digər obyektlərə baxış keçirilib, pasiyentlərə tibbi yardımın təşkili, onların hüquqlarının təmin edilməsi, qidalanma və su təminatı, mövcud yaşayış şəraiti, sənədləşmə və digər məsələlər araşdırılıb. Başçəkmələrin nəticələrinə əsasən, hər iki müəssisənin əsaslı yenidənqurmaya və təmirə ehtiyacının olduğu müəyyən edilib, saxlanma şəraitinin və sənədləşmə işinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib. Həmçinin monitorinqlərin nəticələrinə əsasən Səhiyyə Nazirliyinə müraciət edilməsi nəzərdə tutulur.
Bu fəaliyyət yalnız monitorinqlərlə məhdudlaşmayaraq, psixi sağlamlıq və insan hüquqları sahəsində hüquqi maarifləndirmənin aparılmasını da əhatə edir. Bu çərçivədə Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Gəncə şəhər Psixiatriya Xəstəxanasının əməkdaşlarının iştirakı ilə “Psixi sağlamlıq və insan hüquqları” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov iştirakçılara İşçi Qrupun fəaliyyəti, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, bu mandat çərçivəsində psixiatriya müəssisələrində monitorinqlərin aparılması, müəssisələrdə müalicə olunan şəxslərin hüquq və azadlıqlarının qorunması, onlara göstərilən rəftarın insan hüquqları standartlarına uyğunluğunun qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.
Həmçinin psixi sağlamlıq problemləri olan şəxslərin hüquqlarının, ləyaqət və təhlükəsizliyinin təmin edilməsinin, onların ayrı-seçkiliyə məruz qalmamasının və hüquqi təminatlara çıxışının vacibliyi vurğulanıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.![]()
Psixiatriya müəssisələrində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib
Sosial
- 25-08-2026, 20:33
- 10
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
17:05
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar davam edir
-
17:03
YAP Astara Rayon Təşkilatının rəhbərliyindən daha bir Yubilyara təbrik
-
16:35
Anar Məmmədov vətəndaş qəbulunda
-
16:30
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar davam edir
-
16:15
Qubadlı: xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifəsi
-
16:13
Qubadlı: azadlıqdan dirçəlişə, qayıdışdan dayanıqlı inkişafa doğru
-
16:11
Qubadlı: öz tarixinin yeni mərhələsi
-
16:10
Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib
-
16:08
Deputatlarımız Serbiyada parlament seçkilərini müşahidə edəcəklər
-
16:06
Azərbaycan Respublikası Milli Məclisinin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibəti
-
11:49
ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
-
11:34
“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq
-
11:29
Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
-
11:28
Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 10-a çatıb
-
11:27
Avropa Liqası: “Beşiktaş” İngiltərə klubuna qarşı
-
11:26
“Trabzonspor” Konfrans Liqasında növbəti oyununa çıxır
-
11:26
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
-
11:23
Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar təşkil olunub
-
11:13
Şirvanda Zəfər tariximizə həsr olunmuş kitabların təqdimatı keçirilib
-
11:05
Qubadlının azadlığı tarixi Zəfərimizin mühüm simvollarından biridir
-
11:03
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib
