Milli Məclisin sədr müavini Musa Qasımlı, deputatlar Məlahət İbrahimqızı və Nizami Səfərov oktyabrın 23-dən 27-dək Serbiya Respublikasının Belqrad şəhərində səfərdə olacaqlar.
Səfər çərçivəsində millət vəkilləri Serbiya Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcəklər. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, orada yaradılmış şəraitə, seçkilərə hazırlığa diqqət yetirəcək, seçki günü prosesin gedişini müşahidə edəcəklər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
