"Xalıqov Nəbi Böyükağa oğlu - sözün əsl mənasında dəyərli insan, fədakar müəllim və vəfalı dostdur."
Bunu Yubilyar haqqında YAP Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov "atributinfo.az"ın əməkdaşı ilə söhbətində deyib.
O, əlavə edib ki, Nəbi müəllim uzun müddət ucqar dağ kəndi olan Sım üzrə YAP ərazi partiya təşkilatının sədri və Sım kənd tam orta məktəbin direktoru olmuşdur.
Qeyd edək ki, bu gün -
22.10.2025-ci il tarixində Nəbi müəllimin 70 yubiley yaşı tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, aparatın əməkdaşları, Astara rayon İcra Hakimiyyəti Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xaqani Xalıqov və YAP fəalı 44 günlük Vətən müharibəsi veteranı Şəmistan Bağırov yubilyarı yaşadığı Sim kəndində ziyarət etmiş və Nəbi müəllim haqqında xoş təəssüratlarını bölüşmüşlər. YAP rayon təşkilatının sədri yubilyara xoş arzularını bildirərək Partiya qarşısındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə Təşəkkürnamə və hədiyyə təqdim etmişdir. N.Xalıqov göstərilən diqqət və qayğıya görə Partiya rəhbərliyinə minnətdarlıq edib və bundan sonra da Partiya sıralarında daha da məsuliyyətlə təmsil olunacağını bildirmişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
