Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına start veriləcək.
Türkiyənin “Trabzonspor” klubu Şenol Güneş Spor Kompleksində Şotlandiyanın “Harts” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Qarşılaşmanın baş hakimi belçikalı Laurens Visser olacaq.
Qeyd edək ki, “Trabzonspor” turnir cədvəlində 3 xalla 3-cü pillədə qərarlaşıb. “Harts” isə 1 xalla 19-cu sırada yer alıb.
