"Bu gün - 21.10.2026-cı il tarixdə “CEV Çempionlar Liqası”nın II təsnifat mərhələsi çərçivəsində Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost” klubu üzərində 3:0 hesablı qələbə qazanan “Turan” Voleybol Klubunu tarixi uğur münasibətilə təbrik edirəm."
Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib.
Tovuzda Avropa miqyaslı idman tədbirinin təşkilində iştirak edən və yüksək təşkilati işlər həyata keçirən komandanın hər bir üzvünə təşəkkürümü bildirirəm.
Arzu Nağıyev: "İnanıram ki, bu qələbə komandada arxayınlıq yaratmayacaq, “Turan” Voleybol Klubu cavab qarşılaşmasında da uğurlu nəticə qazanaraq ölkəmizi layiqincə təmsil edəcək..."
Bəradər Səməndərli
"Atributinfo.az"
