YAP Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin müzakirəsi çərçivəsində Astara rayonunun Deqədi kəndində şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
"Atributinfo.az" xəbər verir ki, görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov və aparatın əməkdaşları iştirak ediblər.
Çıxış edənlər YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Əhmədağa Nəzərov, Nadir Eyvazov və Sədail Babayev Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində qarşıya qoyulan hədəflərdən, ölkəmizin davamlı inkişafı, dövlətçilik ənənələrinin qorunması və Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolundan bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının müəyyənləşdirdiyi strateji istiqamətlərin uğurla həyata keçirilməsi hər bir vətəndaşın fəallığını və məsuliyyətini artırır.
Görüş zamanı şəhid ailələrinin cəmiyyətimizdəki əvəzsiz yeri, onların rifahının yüksəldilməsi, qayğı və ehtiyaclarına daim həssaslıqla yanaşılmasının vacibliyi xüsusi vurğulanıb. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının milli həmrəyliyin və mənəvi dəyərlərimizin bariz nümunəsi olduğu bildirilib.
Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə iştirakçılar qurultay nitqindən irəli gələn vəzifələrin əhəmiyyətini qeyd edib, ölkəmizin inkişafı, milli birliyin möhkəmləndirilməsi və qarşıya qoyulan məqsədlərin reallaşdırılması istiqamətində görülən işlər ətrafında müzakirələr aparıblar.
Bəradər Səməndərli
"Atributinfo az"
