Sizin reklam burada
Sizin reklam burada
  • Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb


    ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının beynəlxalq sularında bütün minaların çıxarıldığını və ya partladıldığını bildirib.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O deyib ki, yeni mina yerləşdirən hər hansı bir gəminin və ya qayığın dərhal və sistematik şəkildə məhv ediləcəyi barədə İrana məlumat verilib.

    “Kosmik Qüvvələr vasitəsilə biz boğazın hər kvadratsantimetrini, eləcə də Pikaks dağını və artıq məhv edilmiş üç digər nüvə obyektini izləyirik. Minaların yerləşdirilməsi ilə bağlı sıfır dözümlülük siyasəti mövcuddur”, - deyə Tramp əlavə edib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ