Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının fəal üzvü, Lənkəran-Astara Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşı Məmmədov Ramil Əli oğlunun doğum günü münasibətilə görüş keçirilib.
"Atributinfo.az" xəbər verir ki, YAP Astara rayon təşkilatının sədr-müavini Vüqar Abbasov, əməkdaşlar E. Məmmədəliyev, Z. Həbibov və İ. Seyfullazadə doğum günü münasibətilə Ramil Məmmədovu təbrik edib və xoş arzularını çatdırmışlar. R. Məmmədova YAP Astara rayon təşkilatının hədiyyəsi təqdim olunub. Dəyərli fəalımızı bir daha təbrik edir, uzun ömür və cansağlığı arzulayırıq!
Bəradər
"Atributinfo.az"
